Ukraynada bütün qumarxanalar bağlanıb

Ukraynada bütün qumarxanalar bağlanıb
17:07 20 Dekabr 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna Daxili İşlər Nazirliyi ölkədəki bütün qumarxanaların bağlandığını elan edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov hökumətin müvafiq qərarına əsasən məlumat verib.
Onun sözlərinə görə, bu sənəd artıq yayımlanıb və qüvvəyə minib.
"Nazirlər Kabinetinin qərarı bütün oyun klublarının, lotereyaların və qumarxanaların bağlanmasını diqtə edir. Milli Polisdən hökumətin qərarına uyğun olaraq dekabrın 20-si saat 16:00-a (Bakı vaxtı ilə 18:00) qədər bütün növ qumarxanaların fəaliyyətini dayandırmasını tələb edirəm", - deyə A.Avakov söyləyib.
Nazir qeyd edib ki, gələcəkdə bu məsələ hazırda nəzərdən keçirilməkdə olan və Ali Rada tərəfindən qəbul ediləcək xüsusi qanunla tənzimlənəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ukraynada-butun-qumarxanalar-baglanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR