Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, səsvermənin nəticələrinə əsasən sənəd parlament tərəfindən qəbul edilib. Səsvermədə iştirak etmiş 395 deputatdan 268-i razılaşmanı dəstəkləyib. Memorandum qüvvəyə minmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmalıdır.
İki ölkə arasında memorandum noyabrın 28-də imzalanıb. İstanbulda Türkiyə və Tripoli rəsmiləri tərəfindən imzalanan qarşılıqlı anlaşma memorandumunun birinci maddəsi hərbi əməkdaşlığın qaydaya salınmasını nəzərdə tutur. Sənədin ikinci maddəsi ölkələr arasında dəniz zonalarının ayrılmasını ehtiva edir.