Türkiyəyə sərt xəbərdarlıq: Mülki təyyarələr də vurulacaq

Türkiyəyə sərt xəbərdarlıq: Mülki təyyarələr də vurulacaq
10:57 23 Dekabr 2019
99 Dünya
Ölkə mətbuatı
A- A+

Marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu silah daşınması üçün istifadə olunan mülki təyyarələrin vurulacağını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun rəsmi nümayəndəsi Əhməd əl-Mismari açıqlama verib.

Liviya Milli Ordusu İstanbuldan Liviyaya uçan "Boeing 747-412" təyyarəsinin izləndiyini açıqlayıb. İddiaya görə, təyyarənin göyərtəsində hərbi texnika olub.

"Əks halda, istənilən təyyarə vurulacaq" sözləri ilə əl-Mismari mülki təyyarələrlə silah daşıyanlara xəbərdarlıq edib.

"Hərbi məqsədlər üçün istifadə edildiyi təqdirdə təyyarənin mülki statusu ləğv edilir", - Liviya Milli Ordusunun rəsmi nümayəndəsi bildirib.

Xatırladaq ki, Türkiyə parlamenti şənbə günü Tripoli hökuməti ilə bağlanmış hərbi əməkdaşlıq memorandumunu təsdiqləyib. Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya hakimiyyətinin bu cür tələblə Ankaraya müraciət edəcəyi halda, bu ölkəyə türk hərbçilərin göndərilə biləcəyini açıqlamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/812576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR