SON DƏQİQƏ: müsəlman ölkəsi Türkiyə ilə müharibə üçün HƏRƏKƏTƏ KEÇDİ - Çox sayda texnika yeridildi

SON DƏQİQƏ: müsəlman ölkəsi Türkiyə ilə müharibə üçün HƏRƏKƏTƏ KEÇDİ - Çox sayda texnika yeridildi
13:23 23 Dekabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Misirin inqilabçı prezidenti Əbdülfəttah Sisinin təlimatına əsasən, ordu Liviyaya çox sayda tank göndərib.

Publika.az xəbər verir ki, bu tankların və Misir Hərbi Hava Qüvvələrinin bir qisminin Türkiyənin Liviyaya ehtimal olunan müdaxiləsində istifadə ediləcəyi bildirilib.

İsrailin MOSSAD kəşfiyyat təşkilatına yaxınlığı ilə tanınan “DebkaFile” saytının dərc etdiyi xəbərdə Sisinin bu həmləsinin prezident Rəcəb Tayyib Ərdoğana cavab xarakteri daşıdığı qeyd olunub.

Qeyd edək ki, Suriyanın şimal-şərqindəki terror qruplaşmalarına zərbə vuran Türkiyə Şərqi Aralıq dənizində tarixi bir addım atmış, prezident Rəcəb Tayyib Ərdoğan ilə Liviya milli hökumətinin başçısı Fəyyaz əl Sərrac arasında “Dəniz Səlahiyyət Sahələrinin Məhdudlaşdırılmasına dair Razılıq Memorandumu” imzalanmışdı.

Bu razılaşmadan sonra başda Yunanıstan və Cənubi Kipr olmaqla, Avropa ölkələri və İsrailin planları alt-üst olmuşdu.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/299884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR