Türkiyə və ABŞ rəsmiləri Suriya və Liviyada yaranmış vəziyyəti müzakirə edib

Türkiyə və ABŞ rəsmiləri Suriya və Liviyada yaranmış vəziyyəti müzakirə edib
21:32 23 Dekabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın ilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayen arasında telefon danışığı olub.
Bu barədə "Report" NTV telekanalına istinadən xəbər verir.
Məlumata görə, tərəflər telefon danışığının gedişatında Suriya və Liviyada yaranmış vəziyyət müzakirə ediblər. Bundan başqa, Kalın Aralıq Dənizinin şərqində yaranmış vəziyyət məsələsində rəsmi Ankaranın qətiyyətli olduğunu bildirib.
Qeyd edilir ki, Türkiyə nümayəndə heyətinin üzvləri Moskvada Rusiyadan olan həmkarları ilə Suriyanin İdlib vilayətində və Liviyada yaranmış vəziyyəti müzakirə edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-ve-abs-resmileri-suriya-ve-liviyada-yaranmis-veziyyeti-muzaki

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR