Türkiyə və Rusiyanın XİN rəhbərləri arasında telefon danışığı olub

Türkiyə və Rusiyanın XİN rəhbərləri arasında telefon danışığı olub
22:22 23 Dekabr 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nаzirliyinin xəbərində bildirilir.
Qeyd edilir ki, tərəflər Suriyaya humanitar yardım məsələsini müzakirə ediblər. Telefon danışığında həmçinin Liviyada vəziyyətin sabitləşməsi üzrə səy göstərilməsi də diqqət mərkəzində olub.
"Xarici siyasət idarələrinin başçıları Suriya Ərəb Respublikasının əhalisinə humanitar yardımın göstərilməsi də daxil olmaqla, sülh prosesinin nizamlanmasını, Liviyada vəziyyətin sabitləşməsinə kömək üçün iki ölkənin qarşılıqlı təsiri perspektivlərini müzakirə ediblər", - deyə xəbərdə bildirilir.
Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-ve-rusiyanin-xi-n-rehberleri-arasinda-telefon-danisigi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR