Türkiyə parlamenti Liviyaya hərbi qüvvələr göndərməyi nəzərdə tutan qanun üzərində çalışmalar aparır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.
O, Türkiyənin Tripolidəki Fəyaz əl-Sərrac hökumətinə bundan sonra da zəruri dəstək verəcəyini bildirib.
Qeyd edək ki, Türkiyə ötən ay Liviyanın beynəlxalq birlik tərəfindən tanınan və artıq bir neçə aydır ölkənin şərqində Xəlifə Həftərin başçılıq etdiyi hərbi dəstələrə qarşı döyüşən hökumətilə hərbi əməkdaşlıq haqqında saziş imzalamışdı. Ankara Liviya tərəfindən müvafiq müraciət gələcəyi təqdirdə həmin ölkəyə hərbi qüvvə göndərə biləcəklərini də bəyan etmişdi.