“Report” “Le10sport” portalına istinadən xəbər verir ki, “Monako” Leonardu Jardimi 48 yaşlı ispaniyalı mütəxəssislə əvəzləmək istəyir. Artıq onunla danışıq aparıldığı bildirilir. Bu vəzifəyə namizədlər arasında Loran Blanın da adı çəkilir.
“Monako”nun Liqa 1-də 28 xalla 7-ci pillədə qərarlaşması klub rəhbərliyini qane etmir.
Qeyd edək ki, Emeri 2016-2018-ci illərdə Fransa təmsilçisi PSJ-nin baş məşqçisi olub.