Liviya rəsmən Türkiyədən hərbi yardım istəyib

Liviya rəsmən Türkiyədən hərbi yardım istəyib
23:52 26 Dekabr 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Liviyanın Milli Razılıq Hökuməti hərbi yardımla bağlı Türkiyəyə rəsmi sorğu ilə müraciət edib.
"Report"un məlumatına görə, bu barədə Liviyanın nümayəndəsinə istinadən "Reuters" agentliyi bildirib.
Məlumata görə, Liviyanın beynəlxalq səviyyədə tanınmış hökuməti rəsmi Ankaradan "hava, quru və dəniz" qoşunları ilə bağlı hərbi yardım istəyib.
Daha əvvəl Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyə Böyük Millət Məclisi Liviyaya hərbi qüvvələr göndərməyi nəzərdə tutan qanun üzərində çalışır. O, Türkiyənin Tripolidəki Fəyaz əl-Sərrac hökumətinə bundan sonra da zəruri dəstək verəcəyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/liviya-resmen-turkiyeden-herbi-yardim-isteyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR