Haftarın ordusu Tripolinin köhnə aeroportunu nəzarət altına alıb

Haftarın ordusu Tripolinin köhnə aeroportunu nəzarət altına alıb
23:12 27 Dekabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Feldmarşal Xəlifə Haftarın Liviya milli ordusu Tripolinin cənub ərazilərindəki geniş ərazilər, o cümlədən paytaxtın çoxdandır işləməyən beynəlxalq aeroportu üzərində nəzarəti ələ keçirərək şəhərin mərkəzinə hücumu davam etdirir.
"Report"un məlumatına görə, bu barədə Liviya milli ordusun komandanlığının bəyanatına istinadən "Al Arabiya" telekanalı bildirib.
"Biz Tripoli aeroportunu və hava limanından 15 kilometr şimala doğri neft anbarlarına yaxın ərazini və aeroportu geri qaytardıq", - deyə rəsmi məlumatda qeyd edilir.
Həmçinin bildirilir ki, ordu "paytaxtın ürəyinə aparan ən əhəmiyyətli yollara nəzarət edir" və milli barışıq hökumətinin baş naziri Faiz Sarajın hərbi qruplaşmaları öz mövqelərindən geri çəkilirlər, onların bir çox döyüşçüsü əsir götürülüb.
Liviya milli ordusunun rəsmi nümayəndəsi, general Əhməd əl-Mismari "Al Arabiya"ya bildirib ki, geri çəkilən milli razılıq hökumətinin silahlı dəstələri indi Tripolinin yaşayış məntəqələrində cəmləşir.
Beynəlxalq Kasr Ben-Qaşir aeroportu Tripolinin mərkəzindən təxminən 25 kilometr cənubda yerləşir. Kompleks 2014-cü ilin yayında duşmənçilik edən qruplaşmaların toqquşmaları zamanı ciddi zərər çəkdikdən sonra artıq beş ildən çoxdur işləmir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/haftarin-ordusu-tripolinin-kohne-aeroportunu-nezaret-altina-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR