Yeni ilin ən gözəl qeyd olunduğu 10 şəhər - Siyahı

Yeni ilin ən gözəl qeyd olunduğu 10 şəhər - Siyahı
14:03 30 Dekabr 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

Hər il milyonlarla insan Yeni ili qeyd etmək üçün xarici ölkələrə üz tutur.

Kult.az Yeni ilin ən yüksək səviyyədə qeyd edildiyi şəhərlərin siyahısını təqdim edir:

1. Siyahıda birinci yeri ABŞ-ın Nyu York şəhəri tutur. Hər il milyonlarla insan Yeni ili qeyd etmək üçün ”Tayms” meydanına axın edir. İnsanların Yeni il üçün bu şəhəri seçməsinin ən böyük səbəblərindən biri Ledi Qaqa, Castin Biber, Miley Krus kimi dünya ulduzlarının verdiyi konsertlərdir.

2. Avstraliyanın Sidney şəhəri də Yeni ilin təmtəraqlı qeyd edildiyi yerlərdən biridir. Əgər yeni ili ilk qarşılayanlardan olmaq istəyirsinizsə, bu şəhərə mütləq getməlisiniz.

3. Avropada açıq havadakı ən böyük Yeni il şənliyi Almaniyanın paytaxtı Berlində keçirilir.

4. On minlərlə Madrid sakini hər il “Puerto del Sol” meydanına gedərək, şans gətirdiklərinə inandıqları üçün 12 ədəd üzüm yeyir. İspan adətlərini yoxlamaq və atəşfəşanlığı Madriddə izləmək istəsəniz, bu ölkəyə üz tuta bilərsiniz.

5. Braziliyanın Rio de Jeneyra şəhəri də Yeni il şənliyinin populyarlığına görə hər il iki milyona yaxın turisti qəbul edir.

6. İslandiyanın paytaxtı Reykyavik şəhərində isə ən təsirli təbiət hadisələrini, xüsusilə şimal işıqları fonunda atəşfəşanlığı izləyə bilərsiniz.

7. Yeni il deyəndə şübhəsiz ki, ağla ilk gələn şəhərlərdən biri də Fransanın paytaxtı Parisdir. Fransada Yeni ilin ən möhtəşəm keçirildiyi məkan Şanzelize prospektidir.

8. Niderlandın paytaxtı Amsterdamın məşhur gecə klubları Yeni ilin qeyd edildiyi əvəzsiz məkanlardan hesab olunur.

9. ABŞ-ın Las-Veqas şəhəri isə Yeni ildə təşkil edilən lazer şouları ilə məşhurdur.

10. İngiltərənin paytaxtı London, xüsusilə Temza çayının sahili yeni ili qarşılamaq üçün əla seçim ola bilər. Hər il 250 mindən çox insan yeni ili məhz bu məkanda qarşılayır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/300643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR