Türkiyə parlamenti hərbçilərin Liviyaya göndərilməsi ilə bağlı qanun layihəsini qəbul edib
Paylaş
·71 baxış·1 dəq oxu
Bu gün Türkiyə Böyük Millət Məclisində ölkənin hərbi qüvvələrinin Liviyada istifadə edilməsini özündə ehtiva edən qanun layihəsi müzakirə edilib. "Report" xəbər verir ki, sənəd müzakirələrdən sonra səsverməyə çıxarılıb. Nəticədə qanun layihəsi 325 səslə qəbul edilib. Ümumilikdə isə 509 millət vəkili səsvermədə iştirak edib.