Bu gün Türkiyə parlamentində Liviyaya hərbi qüvvələrin göndərilməsi ilə bağlı qanun layihəsini müzakirə edib.
Publika.az xəbər verir ki, Liviyanın keçid hökümətinin çağırışı əsasında siyasi rəhbərliyin təklifi ilə hazırlanmış layihə Böyük Millət Məclisində səsə qoyulub. Səsvermədə 509 deputat iştirak edib. Onların 184-ü əleyhinə, 325-i isə lehinə səs verib. Sənədin lehinə hakim Ədalət və İnkişaf Partiyasının, Milliyyətçi Hərəkat Partiyası və Səadət Partiyası səs verib.
Cumhuriyyətçi Hərəkat Partiyası, İYİ Partiyası və Xalqların Demokratiyası Partiyası sənədə qarşı çıxıb.
Qeyd edək ki, hazırda Liviyada hərbi çevrilişə cəhd edən Haftar qüvvələri paytaxt Tripoliya yaxınlaşmaqdadır. Bu səbəbdən Liviya Milli Keçid Hökuməti Türkiyəyə hərbi yardım üçün müraciət edib.