Qışda dərinizi bu möcüzə ilə şaxtadan qoruyun - RESEPT

Qışda dərinizi bu möcüzə ilə şaxtadan qoruyun - RESEPT
14:33 4 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Soyuq hava, şaxta ən çox da dərimizə ziyan vurur. Qış mövsümündə xüsusən də üz dərimiz ikiqat həssaslaşır. Bahalı kosmetoloji prosedurlara qaçmadan üzünüzü təravətləndirən, nəmliyini geri qaytaran bu maskanı istifadə edin.

Publika.az xəbər verir ki, nəməndirici maskanı hazırlamaq üçün 1 çay qaşığı qarğıdalı unu, apardığı qədər duzsuz kərə yağı, 1 çay qaşığı zeytun yağı lazım olacaq.

Hazırlanma qaydası və tətbiqi:

Qarğıdalı unu, kərə yağı və zeytun yağını bir kasada qatılaşanadək qarışdırandan sonra 15 dəqiqə gözlədin. Təmiz dərinizə tətbiq edib qurumağını gözləyin. Quruyan maskanı ilıq su ilə yuyub təmizləyin.

Bu maskanı həftədə bir dəfə tətbiq etmək kifayətdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gozellik/300952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR