Müsəlman ölkəsindən ŞOK QƏRAR: Cihad elan edib Ərdoğanı müharibəyə çağırdılar

Müsəlman ölkəsindən ŞOK QƏRAR: Cihad elan edib Ərdoğanı müharibəyə çağırdılar
14:23 5 Yanvar 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

Liviyada qanuni hökuməti devirməyə cəhd göstərən general Xəlifə Haftar Türkiyəyə qarşı cihad elan edib.

Publika.az xəbər verir ki, ölkənin yerli telekenallarında canlı yayıma çıxan general səfərbərlik çağırışı səsləndirib.

Haftar Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğanı Liviyada vətəndaş müharibəsinin qığılcımını alovlandırmaqda ittiham edib: “Ərdoğan türk ordusunu ölümə göndərir. Osmanlı İmperatorluğunun bir hissəsi olan Liviyanı geri almağa çalışan istismarçılara qarşı mübarizə aparacağıq”.

Onun çağırışı əsasında kişilər və qadınlar, həmçinin, əsgərlər və dinc sakinlər silahla təmin olunacaq.

Qeyd edək ki, Ərdoğan Liviya Milli Hökumətinin başçısı Əl-Sərrac ilə Dənizdə Səlahiyyətlərin Məhdudlaşdırılması razılaşmasına imza atmışdı. Razılaşmada Liviyanın dəvəti ilə Türkiyənin Tripoliyə ordu göndərə biləcəyi maddəsi də yer alıb. Türkiyə Böyük Millət Məclisi bununla bağlı təklifi təsdiq edib. Məhz bu hadisə Haftarı təşvişə salıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/301051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR