Bakıda yerli şirkətlərin məhsullarının sərgisi keçiriləcək

Bakıda yerli şirkətlərin məhsullarının sərgisi keçiriləcək
12:57 9 Yanvar 2020
25 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 20-22-də Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi keçiriləcək.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim olunacaq. Ümumilikdə, sərgidə 150-ə yaxın şirkətin iştirakı nəzərdə tutulur.
Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bakida-yerli-sirketlerin-mehsullarinin-sergisi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR