ABŞ vətəndaşları saxta SMS-lə təcili orduya çağırıldılar: “İrana gedirsiniz!”

ABŞ vətəndaşları saxta SMS-lə təcili orduya çağırıldılar: “İrana gedirsiniz!”
20:32 9 Yanvar 2020
95 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ vətəndaşları orduya təcili çağırıldıqları barədə SMS-lər almağa başlayıblar. İsmarıcları göndərənlər vətəndaşlardan İrana göndərilmələri üçün təcili şəkildə ən yaxın çağırış məntəqələrinə getmələrini tələb ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq ABŞ Ordusunun nümayəndəsi bəyanatla çıxış edərək, bu təxribatların saxta olduğuna dair bir açıqlama yayıb.

Qeyd edək ki, ABŞ-da orduya icbari çağrılma haqqında qanun layihəsi 1973-cü ildə Vyetnam müharibəsindən sonra ləğv edilib. Səfərbərlik qərarı ABŞ Konqresi tərəfindən qəbul edilməli və sonra prezident tərəfindən təsdiqlənməlidir.

Saxta çağırışlar ABŞ-İran münasibətlərinin kəskinləşməsi fonunda başlayıb.

Xatırladaq ki, yanvarın 3-nə keçən gecə İran generalı Qasım Süleymani İraqda ABŞ ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb. Buna cavab olaraq Tehran yanvarın 8-nə keçən gecə İraqdakı ABŞ bazalarına raket zərbəsi endirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/816573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR