Cem Yılmazdan sevgi ETİRAFI: Səhifəsinə daxil oluram və...

Cem Yılmazdan sevgi ETİRAFI: Səhifəsinə daxil oluram və...
11:33 10 Yanvar 2020
134 Şou
Ölkə mətbuatı
A- A+

Komediya ustası Cem Yılmaz ilk dəfə aktrisa Serenay Sarıkayaya olan duyğularını efirdə səmimi şəkildə dilə gətirib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu yaxınlarda sevgilisi Defne Samyelidən ayrılan Cem Yılmaz özündən 18 yaş kiçik olan Serenay Sarıkaya ilə münasibətləri olduğunu təkzib etsə də, yeni iddialar ortaya atılıb.

Məşhur komediya ustası qonaq olduğu “İbrahim Selim ile Bu Gece” verilişində “Heç kimisə “stalk” layırsınız sualına gözlənilməz cavab verib.

“Deyək ki, mən Serenay Sarıkayanın bu gün nələr etdiyini öyrənmək üçün instaqramda onun səhifəsinə daxil oluram və xəyala dalıb gedirəm. Bu “stalk”lamaqdır?”, - deyə Cem Yılmaz sual verib.

Bu sözləri bir daha sübut edib ki, aktyorun Serenaya aşiq olması ilə bağlı yayılan söhbət əbəs deyil.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/301503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR