Dünya ŞOK İDDİA ilə çalxalanır: ABŞ qorxulu silahını işə saldı - Fəlakət yaxınlaşır

Dünya ŞOK İDDİA ilə çalxalanır: ABŞ qorxulu silahını işə saldı - Fəlakət yaxınlaşır
08:18 16 Yanvar 2020
140 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın millət vəkili Aleksey Juravlyov diqqətçəkən iddia ortaya atıb.

Publika.az-ın yerli mənbələrə istinadən xəbərinə görə, o iddia edib ki, ölkədə temperaturun mövsümü normalardan çox olmasında ABŞ-ın əli var. Rusiyalının sözlərinə görə, amerikalılar “iqlim silahı”nı ərsəyə gətirərək, iqlim normalarını dəyişdirməyə cəhd göstərirlər:

“Qarşımızda müasir texnologiyalardan istifadə edən ABŞ var. ABŞ iqlim silahlarından bütün dünyada istifadə edə bilir. Bu hava şəraiti təsadüfi deyil. ABŞ-ın iqlim silahlarından Vyetnamda istifadə etdiyini bilirik. Amerikalılar elmi araşdırmalar apardıqlarını irəli sürərək, silahlarını işə salırlar. Bu isə dünyanı fəlakətə sürükləyir”.

Qeyd edək ki, Rusiyada tarixin ən isti qış mövsümlərindən biri yaşanır.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/302043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR