"Report"un məlumatına görə, fransalı hücumçu yanacaqdoldurma məntəqəsində olarkən klubun azarkeşinin benzin pulunu ödəyib.
Avtomobilinə benzin doldurduqdan sonra ödəniş əməliyyatını həyata keçirmək istəyərkən bank kartı ilə problem yaşayan "Monako" klubunun fanatının köməyinə 29 yaşlı futbolçu gəlib. O, azarkeşin borcunu ödəməklə yanaşı, onunla şəkil də çəkdirib.
Qeyd edək ki, cari mövsüm Fransa çempionatında 21 oyun keçirən Ben Yedder 14 qol vurub və 2 məhsuldar ötürmə verib.