Ötən il “Şahdəniz” qazının ixracı 24%-dən çox artıb

Ötən il “Şahdəniz” qazının ixracı 24%-dən çox artıb
10:42 22 Yanvar 2020
50 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ildə Azərbaycanın magistral qaz kəmərləri ilə 27 512,7 mln. kubmetr qaz nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilə nisbətən 17,1% artım müşahidə olunub.
Ötən il qazın nəqlinin 37,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, bu kəmərlə 10 417,8 mln. kubmetr qaz ötürülüb. Bu isə 2018-ci illə müqayisədə 24,2% çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/oten-il-sahdeniz-qazinin-ixraci-24-den-cox-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR