NASA Marsa göndərəcəyi aparata ad axtarır

NASA Marsa göndərəcəyi aparata ad axtarır
16:07 22 Yanvar 2020
65 Digər
Ölkə mətbuatı
A- A+

NASA Marsa göndərəcəyi tədqiqat aparatına ad axtarır. 
“Report” NASA-ya istinadən xəbər verir ki, tələbələr esse formasında 28 min ad təklif ediblər. 
Nəticədə 9 ən yaxşı ad -  “Qətiyyət”, “Uzaqgörən”, “Məharət”, “Dözümlülük”, “Aydınlıq”, “Davamlılıq”, “İnadlıq”, “Vəd”, “Cəsarət” onlayn-səsverməyə çıxarılıb.
Kosmik agentlik yanvarın 28-dək davam edəcək səsverməyə hər kəsi qatılmağa çağırıb.
Qeyd edək ki, onlayn səsvermədə Azərbaycandan artıq 46 nəfər iştirak edib.
Alparslan Öztürk

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/nasa-marsa-gondereceyi-aparata-ad-axtarir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR