İranın koronavirus ehtimalı ilə bağlı iki əcnəbi nəzarətə alındı

İranın koronavirus ehtimalı ilə bağlı iki əcnəbi nəzarətə alındı
14:22 28 Yanvar 2020
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İranın Yəzd vilayətində iki əcnəbi vətəndaş xəstəxanada yatırılıb.

Trend-in IRNA-ya istinadən verdiyi məlumata əsasən, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki Tehranda tibb universitetləri rektorlarının iclasında deyib.

S.Nəməkinin sözlərinə görə, Çin vətəndaşı 12 gün öncə nəzarətə götürülüb və onunla təmasda olan bir Almaniya vətəndaşı da zorla xəstəxanada yatırılıb.

Nəməki əlavə edib ki, analizlər nəticəsində onların koronavirusuna yoluxmadığı müəyyənləşib.

Nazirin sözlərinə görə, indiyədək İranda koronovirusu ilə əlaqədar heç bir yoluxma halı qeydə alınmayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3183502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR