20 yaşlı ana övladını satmağa cəhd etdi -

Özbəkistanın şərqində yerləşən Əndican şəhərində hüquq-mühafizə orqanları səkkiz aylıq körpəsini beş min dollara satmağa çalışan ananı saxlayıblar.

Metbuat.az rus mediasına əsasən xəbər verir ki, bu barədə Özbəkistanın Baş Prokurorluğu məlumat yayıb.

Saxlanılan 20 yaşlı ana barəsində cinayət işi başlanılıb.

Yetkinlik yaşına çatmamış uşağı satmağa çalışdığı üçün qadını səkkiz ildən 12 ilə qədər həbs cəzası gözləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR