Taliban ABŞ-ın yüksək rütbəli zabitini öldürdü

ABŞ-ın yüksək rütbəli zabiti Maykl Danrea yanvarın 26-da Talibanın Əfqanıstanda vurduğu hərbi təyyarənin içərisində olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, kəşfiyyat məlumatlarına görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərqdə həyata keçirilən əməliyyatlarına rəhbərlik edən məşhur hərbçi Maykl Danrea bu hücum nəticəsində öldürülüb.

Qeyd edək ki, Maykl Danrea İranın İslam İnqilabı Silahlı Qüvvələrinin komandanı Qasım Süleymaninin İraqda raket zərbəsi ilə vurularaq öldürülməsi əməliyyatına da rəhbərlik edib.

ABŞ hərbi təyyarənin vurulmasını təsdiqləsə də, itkilər barədə məlumat verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR