Rusiyada deputat və həyat yoldaşı qətlə yetirilib

Rusiya Federasiyası Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanın evdə meyitləri tapılıb.

Metbuat.az xəbər verir ki, onların meyitlərinə ilkin baxış zamanı çoxsaylı xəsarət izləri aşkar edilib.

Deputat və xanımının qarət məqsədilə qətlə yetirildiyi bildirilir. Hazırda faktla əlaqədar araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR