Malayziyada yeni növ koronavirusa yoluxanların sayı 7 nəfərə çatıb

Malayziyada yeni növ koronavirusa yoluxanların sayı 7 nəfərə çatıb
08:52 29 Yanvar 2020
35 Dünya
Ölkə mətbuatı
A- A+

Malayziyada yeni növ koronavirusa daha 3 yoluxma halı qeydə alınıb və yoluxanların sayı 7 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bütün yoluxanlar Çin vətəndaşlarıdır. Daha əvvəl 4 nəfərin yoluxduğu bildirilirdi.

Çin ötən ilin dekabr ayının 31-i Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində yeni növ virusun yayılması barədə məlumat verib. Mütəxəssislər daha sonra virusun yeni növ koronavirus olduğunu müəyyən ediblər.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 132 nəfərə, yoluxanların sayı ilə 5974 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR