Kanadada daha bir nəfər yeni növ koronavirusa yoluxub

Kanadada daha bir nəfər yeni növ koronavirusa yoluxub
09:27 29 Yanvar 2020
36 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadada yeni növ koronavirusa üçüncü yoluxma faktı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Britaniya Kolumbiyası əyalətinin səhiyyə naziri Edrian Diks və nazirliyin nümayəndəsi Bonni Henrinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, bu, Britaniya Kolumbiyasında ilk qeydə alınan yoluxma faktıdır. Yeni növ koronavirusa yoluxan şəxs ötən həftə Uhan şəhərindən Vankuverə qayıdan kişidir.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 132 nəfərə, yoluxanların sayı ilə 5974 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR