x
Loading...

Çin hökuməti karikaturaya görə Danimarka qəzetindən üzrxahlıq tələb edib

Çin hökuməti karikaturaya görə Danimarka qəzetindən üzrxahlıq tələb edib
21:27 29 Yanvar 2020
122 Dünya
Ölkə mətbuatı
A- A+

Çin hökuməti Danimarka qəzetindən üzrxahlıq tələb edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Gündoğar ölkənin Danimarkadakı səfirliyi açıq məktubla çıxış edərək, Çin bayrağının satirik təsvirinin dərc olunmasına görə "Jyllands-Posten" qəzetindən birbaşa və açıq üzrxahlıq tələb edib. Səfirliyin bəyanatında vurğulanır ki, bu şəkil "Çinə təhqirdir" və "Çin xalqının duyğularını yaralayır".

Çin səfirliyindən bildiriblər: "Yeni koronavirus ocağı Çində 81 adamın həyatına son qoyub. Çin hökumətinin və xalqının insanların sağlamlığına böyük təhlükə olan bu virusa qarşı mübarizə aparmaq üçün hər cür səy göstərdiyi bir vaxtda, "Jyllands-Posten" Nils Bo Bojensin Çin üçün təhqir olan və Çin xalqının duyğularını yaralayan satirik rəsmini dərc edib. Məktubda deyilir: "Hər hansı şəfqət formasının olmaması sivil cəmiyyət anlayışının hüdudlarından, fikri ifadə etmə azadlığının etik sərhədlərindən kənara çıxaraq insan vicdanını təhqir edir. Biz güclü hiddət hissləri keçirdiyimizi bildirir və tələb edirik ki, "Jyllands-Posten" və Nils Bo Bojens öz səhvlərinə görə tövbə etsinlər və Çin xalqından açıq üzr istəsinlər".

Qeyd edək ki, Çinin hakimiyyət orqanlarının narazılığını doğuran karikaturada bu ölkənin bayrağındakı beş sarı ulduzdan hər biri koronavirus şəklində təsvir edilib. "Jyllands-Posten"in baş redaktoru Ceykob Nibro TV2 teleşirkətinə müsahibəsində deyib: "Karikatura Çini masqaraya qoymaq üçün yaradılmayıb və onu təhqir etməyib. Bayrağın şəklinin çəkilməsi və koronavirusun illüstrasiyası göstərir ki, onlar virusa qarşı mübarizə aparırlar. Vəssəlam".

Son məlumata görə, koronavirus Çində artıq 100-dən çox adamı öldürüb. Ölkədə virusa yoluxanların təsdiq edilmiş ümumi sayı 4000-dən çoxdur. Virusa yoluxma halları başqa ölkələrdə də, o cümlədən Yaponiya, Cənubi Koreya, Tayvan, Tailand, Nepal, Vyetnam, Kanada, Səudiyyə Ərəbistanı, Sinqapur, ABŞ, Fransa və Avstraliyada təsdiq edilib. Almaniyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR