Meşədə itkin düşən ana və 3 uşağı 34 GÜN SONRA TAPILDI

Meşədə itkin düşən ana və 3 uşağı 34 GÜN SONRA TAPILDI
21:32 29 Yanvar 2020
145 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyada 10, 12, və 14 yaşlı uşaqları ilə meşədə itkin düşən qadın 34 gün sonra xilas olub.

Milli.Az xəbər verir ki, Kolumbiyalı qadın 3 uşağı ilə birlikdə 34 gün meşədə qaldıqdan sonra yerli sakinlər tərəfindən tapılaraq xəstəxanaya yerləşdirilib. Ailə meşədə toxum və bitkilərlə qidalanıblar. Lakin susuz qaldıqları üçün  vəziyyətləri yaxşı olmayıb. Ana və uşaqları Peruda sərhəd ərazisi yaxınlığında yaşayan qohumlarını ziyarət etməyə gedərkən meşədə azıblar. Adı açıqlanmayan qadının həyat yoldaşı ailəsinin itkin düşməsini polisə xəbər verib.

Belə ki, gənc qadın və uşaqları 34 gün boyunca meşədə yolu axtarıblar. Həftələr sonra Sekoya yerli sakinlərinə rast gələn ailə nəhayət ki, son anda xilas ola bilib. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR