Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 162 nəfərə çatıb

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 162 nəfərə çatıb
07:57 30 Yanvar 2020
41 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 162 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə əyalətin səhiyyə üzrə komitəsi xəbər yayıb.

Bildirilib ki, Hubey əyalətində 37 yeni ölüm hadisəsi və virusa 1032 yoluxma qeydə alınıb.

Çin ötən ilin dekabr ayının 31-i Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində yeni növ virusun yayılması barədə məlumat verib. Mütəxəssislər daha sonra virusun yeni növ koronavirus olduğunu müəyyən ediblər.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 132 nəfərə, yoluxanların sayı ilə 5974 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR