Rusiya vətəndaşlarına elektron pasportlar veriləcək

Rusiya vətəndaşlarına elektron pasportlar veriləcək
00:47 31 Yanvar 2020
144 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya vətəndaşlarına yeni - elektron pasportlar veriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova jurnalistlərə məlumat verib.

O deyib ki, bank kartını xatırladacaq yeni pasportlarda vətəndaşların adı, soyadı, ata adı, doğum tarixi və yeri qeyd olunacaq. Yeni pasportlara quraşdırılacaq çiplərdə barmaq izləri və digər məlumatlar yerləşdiriləcək.

Köhnə pasportların yeniləri ilə əvəzlənməsi prosesi tədricən həyata keçiriləcək. Yeni pasportların bu ilin iyulundan verilməsinə başlanacağı ehtimal edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR