Finlandiyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb

Finlandiyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb
04:32 31 Yanvar 2020
122 Dünya
Ölkə mətbuatı
A- A+

Finlandiyada koronavirusa ilk yoluxma faktı təsdiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Laplandiyaya gəlmiş çinli turist qadının koronavirusa yoluxma testinin nəticəsi müsbət olub. Qadın Laplandiya mərkəzi xəstəxanasına yerləşdirilib.

Laplandiya səhiyyə orqanlarının nümayəndələri bildiriblər ki, virus aşkar edilmiş qadın Finlandiyanın şimalındakı Saariselkya rayonunda olub. Onda xəstəliyin əlamətləri ötən bazar günü müşahidə edilib.

Laplandiya mərkəzi xəstəxanasının infeksion xəstəliklər üzrə mütəxəssisi Markku Broas jurnalistlərə müsahibəsində deyib ki, turist qadın beş gün əvvəl Uxan şəhərindən Finlandiyaya yola düşüb. Onun sözlərinə görə, 32 yaşlı qadın hazırda xüsusi nəzarət altında saxlanılır. Onun vəziyyəti nisbətən yaxşıdır. Hərarəti var, lakin intensiv terapiyaya ehtiyacı yoxdur. Hələlik xəstəxanadadır. Müalicədən sonra virus daşıyıcısı olmadığını yəqin etmək üçün ikiqat test olunacaq.

Yerli həkimlər bildiriblər ki, xəstəliyin Finlandiyada yayılması riski hələ çox azdır. Narahatlığa elə bir ciddi əsas yoxdur. Finlandiya virusun yayılması təhlükəsinə tam hazırdır. Ölkənin səhiyyə sistemi və laboratoriyaları əməliyyat sistemləri ilə təmin edilib, xəstəxanalar isə koronavirus infeksiyalarını izolyatorlarda müalicə etməyə hazırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR