x
Loading...

Almaniyada yeni növ koronavirusa yoluxma halları artıb

Almaniyada yeni növ koronavirusa yoluxma halları artıb
05:22 1 Fevral 2020
152 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Almaniyada yeni növ koronavirusa daha ki nəfər yoluxub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ümumilikd ölkədə təsdiqlənmiş yoluxma halları 8-ə çatlb.

Bildirilir ki, yeni yoluxma halları da Bavariya regionunda "Webasto" şirkətinin əməkdaşlarında qeydə alınıb.

Qeyd edilir ki, Almaniyada yeni növ koronavirusa yoluxan 8 nəfərdən 7-si "Webasto" şirkətinin əməkdaşıdır, 8-ci yoluxan şəxs isə şirkətin əməkdaşlarından birinin uşağıdır.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 258 nəfərə, yoluxanların sayı ilə 11,1 min nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3185362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR