ABŞ-da Uhandan qayıdanlar üçün karantin müddəti uzadılıb

ABŞ-da Uhandan qayıdanlar üçün karantin müddəti uzadılıb
07:15 1 Fevral 2020
129 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ hakimiyyəti Uhandan gələn amerikalılar üçün məcburi karantin müddətini iki həftəyə qədər artırıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına deyilir.

Məlumatda bildirilir: "CDC ABŞ Səhiyyə Nazirliyi tərəfindən verilən səlahiyyətlərə müvafiq olaraq 2020-ci ilin yanvar ayının 29-u ölkəyə qaytarılan 195 ABŞ vətəndaşını federal karantinə yerləşdirmək barədə qərar vermişik. Karantin təyyarə Çinin Uhan şəhərini tərk etdikdən sonra 14 gün davam edəcək".

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 258 nəfərə, yoluxanların sayı ilə 11,1 min nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3185368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR