İstanbulda koronavirus həyəcanının səbəbkarı azərbaycanlı həkim olub

İstanbulda koronavirus həyəcanının səbəbkarı azərbaycanlı həkim olub
13:22 1 Fevral 2020
82 Digər
Ölkə mətbuatı
A- A+

İstanbul Universiteti Tibb Fakültəsinin xəstəxanasına yüksək hərarətlə yerləşdirilən 6 yaşlı çinli uşaqda koronavirus şübhəsinin olması Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən təkzib edilib.
“Report” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, hadisəyə səbəb azərbaycanlı qadın həkimin kompüterdə buraxdığı səhv olub.
Məlumatda bildirilib ki, azərbaycanlı həkim köməkçisi xəstəxananın qeydiyyat sisteminə “Ön diaqnoz” yerinə “Dəqiq diaqnoz: Koronavirus” deyə qeyd edib. Halbuki xəstənin üzərində edilən ilk testin nəticəsi neqativ çıxıb. 



Xəbərin orijinal ünvanı: https://report.az/region/i-stanbulda-koronavirus-heyecaninin-sebebkari-azerbaycanli-hekim-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR