Gürcüstanda azərbaycanlı kənd sakini qətlə yetirilib

Gürcüstanda azərbaycanlı kənd sakini qətlə yetirilib
13:27 1 Fevral 2020
61 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Bolnisi rayonunun Samtsevrisi kənd sakini Feyzi Əhmədov qətlə yetirilib.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə ötən axşam baş verib.
F.Əhmədov gecə saatlarında evə gəlmədiyindən yaxınları onu axtarmağa başlayıblar və polisə xəbər veriblər. Bir neçə saatdan sonra onun meyiti kəndin kənarında aşkar olunub.
F.Əhmədovun döş nahiyəsinə bıçaqla bir neçə dəfə xəsarət yetirildiyi müəyyən olunub.
Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub, araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gurcustanda-azerbaycanli-kend-sakini-qetle-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR