Çindən İrana gətirilən vətəndaşların birində yeni koronavirus əlamətləri var

Çindən İrana gətirilən vətəndaşların birində yeni koronavirus əlamətləri var
12:43 5 Fevral 2020
197 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

Çindən İrana gətirilən vətəndaşların birində yeni koronavirusun əlamətləri aşkarlanıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin yoluxucu xəstəliklərin idarə olunması mərkəzinin direktoru Məhəmməd Mehdi Quya deyib. Onun sözlərinə görə, həmin şəxs üçün xüsusi səhiyyə tədbirlər görülüb.

Quya əlavə edib ki, Çinin Uhan şəhərində təxminən 80 iranlı yaşayır. Onlardan 50 nəfəri bu gün səhər könüllü şəkildə ölkəyə qayıdıb.

Nazirlik rəsmisi Çindən gələn iranlıların 14 gün karantində saxlanılacağını deyib: "Çinə uçuşlar dayandırılıb. Müraciət olunduğu halda vətəndaşların İrana qaytarılması üçün imkanlar yaradılacaq. İranda yeni koronavirusa yoluxma şübhəsi ilə bağlı 9 hal qeydə alınıb. Bütün hallarda analizlərin nəticəsi mənfi olub".

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb, ölənlərin sayı 491 nəfərə, yoluxanların sayı isə 24,3 minə çatıb.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3187168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR