"Mançester Siti" Messini transfer etmək üçün onun klubla münaqişəsini izləyir

"Mançester Siti" Messini transfer etmək üçün onun klubla münaqişəsini izləyir
13:17 6 Fevral 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Mançester Siti" klubunun rəhbərliyi Lionel Messinin İspaniya "Barselona"sı ilə münaqişəsini izləyir.
"Report" ESPN-ə istinadən xəbər verir ki, "şəhərlilər" 33 yaşlı hücumçunun komandadan ayrılmaq qərarını verəcəyi təqdirdə onu heyətinə cəlb etməyi planlaşdırır.
Messinin Kataloniya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Ancaq argentinalı oyunçu sözləşməyə əsasən bu yay azad agent statusu ala bilər.
İngiltərə klubunun idman direktoru Çiki Beqiristay, menecer Ferran Soriano və baş məşqçi Xosep Qvardiolanın münasibətləri (hər üçün daha öncə "Barselona"da işləyib) yaxşı olduğu üçün "Mançester Siti" Messinin keçidində favorit hesab olunur.
Bildirilir ki, Mançester təmsilçisi Messiyə ildə 50 milyon funt sterlinq (59 milyon avro) maaş təklif edən bir neçə klubdan biridir.
Qeyd edək ki, Messi daha öncə "Barselona"nın idman dierektoru Erik Abidalla münaqişəyə girib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mancester-siti-messinin-klubla-munaqisesini-izleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR