Bunu "Report"un Şimal bürosuna Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xudat şəhəri üzrə nümayəndəsi Akif Mərdanov deyib.
O bildirib ki, 2014-cü ilin yanvar ayınadək Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində işləyib: "Uzun illər müavin işlədikdən sonra Xudat şəhərində icra nümayəndəsiyəm. Hər halda icra başçısı tərəfindən işim müsbət qiymətləndirilməyib. Mən 6 ildir ki, bu vəzifədə çalışırdım. Yəqin ki, rayon rəhbərliyi işimi yaxşı qiymətləndirməyib".