Koronavirus olduğunu deyənə pul mükafatı veriləcək

"Covid-19" olaraq adlandırılan yeni növ koronavirusla mübarizə üçün Çinin bəzi bölgələrində fərqli addımlar atılır.

Metbuat.az xəbər verir ki, Çinin Hubey əyalətinə bağlı olan v 1 milyon sakinin yaşadığı Qianjanq şəhərində koronavirusa yoluxduğunu deyən və xəstəxanaya müraciət edərək bunu isbat edən şəxsə 1400 dollar pul mükafatı veriləcək.

Şəhər rəhbərliyi virusun yayılmasının qarşısını almaq üçün belə bir tədbir görüb.

Qeyd edək ki, Çinin başqa bölgələrində də bu tip addımlar atılıb.

Mənbə: "REUTERS"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR