Virusa görə "Corona" pivəsini alanların sayı azalıb - Şirkət iflasa gedir

Virusa görə "Corona" pivəsini alanların sayı azalıb - Şirkət iflasa gedir
14:22 28 Fevral 2020
162 Dünya
Ölkə mətbuatı
A- A+

Çindən bütün dünyaya yayılan koronavirus bəzi şirkətlərə ciddi ziyan vurub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, koronavirusa görə ciddi ziyana düşən şirkətlər arasında "Corona" pivə firması da var.

Buna səbəb şirkətin adının xəstəliyin adı ilə oxşar olmasıdır.

Son günlər ABŞ-da keçirilən sorğuya əsasən müəyyənləşib ki, alıcılar virus yayıldıqdan sonra "Corona" pivəsini almaqdan imtina edirlər.

Qeyd edək ki, dekabr ayında yayılmağa başlayan koronavirusa bu vaxta qədər 80 mindən çox insan yoluxub, 2700 nəfər dünyasını dəyişib.

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/829656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR