İranda yeni koronavirusdan ölənlərin sayı 34-ә yüksəlib

İranda yeni koronavirusdan ölənlərin sayı 34-ә yüksəlib
16:12 28 Fevral 2020
126 Dünya
Ölkə mətbuatı
A- A+

"İranda indiyədək 34 nəfər yeni koronavirusdan (Covid 19) dünyasını dəyişib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutka ərzində 8 nəfər dünyasını dəyişib.

Nazirlik rəsmisi deyib ki, indiyədək İranda bu virusa yoluxanların sayı 388 nəfərə çatıb.

Cahanpur əlavə edib ki, ötən sutkada daha 143 nəfər bu virusa yoluxub.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 245 nəfərin yeni koronavirusa yoluxduğunu, 26 nəfərin dünyasını dəyişdiyini bildirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/829804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR