Ərdoğan və Tramp telefonda danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.

Metbuat.az xəbər verir ki, liderlər telefon söhbətində regional məsələləri, xüsusilə ikitərəfli problemlər və İdlibdəki son hadisələri müzakirə edib.

Liderlərin İdlibdə əlavə tədbirlərin görülməsi barədə razılaşdıqları qeyd olunub.

Qeyd edək ki, ötən gecə Suriya rejim qüvvələrinin hücumu nəticəsində Türkiyə ordusunun 33 şəhid verməsi bölgədə vəziyyəti son dərəcə gərginləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR