Fransada koronavirusa yoluxanların sayı 130-a çatıb

Fransada koronavirusa yoluxanların sayı 130-a çatıb
08:17 2 Mart 2020
119 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada koronavirusdan xəstələnənlərin sayı 130 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı Səhiyyə üzrə Ümumi Müdirliyinin rəhbəri Jerom Salomona istinadən bildirib.

Fevralın 29-da Fransada 100 koronavirusla xəstələnmə hadisəsi barədə məlumat verilmişdi.

Ən son məlumatlara görə, yoluxmuş 130 nəfərdən ikisi ölüb, 12 nəfər sağalıb, 116 nəfər xəstəxanada yatır, o cümlədən 9 nəfərin vəziyyəti ağırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/830268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR