Liviyada qiyamçı Xəlifə Haftara sadiq qüvvələr paytaxt Tripolidəki Mitiqa hava limanına raketlə zərbələr endirib.
Publika.az xəbər verir ki, raketlər 2 sərnişin təyyarəsinə tuş gəlib.
Xoşbəxtlikdən, təyyarələr boş olub.

“Buraq” aviaşirkətindən verilən açıqlamada ötən gün gecə təşkil edilən hücuma görə bir neçə reysin təxirə salındığı bildirilib.
Afriqiyah hava yolları şirkəti də hadisə zamanı bir təyyarəsinin zərər gördüyünü bildirib.
Zümrüd