“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Səhiyyə Nazirliyi, ölkə ərazisində COVID-19 virusuna ilk yoluxma hadisəsinin qeydə alındığını təsdiqləyir”, nazirlik öz “Twitter” səhifəsində yayımlanan şərhdə bildirib.
Qeyd edək ki, bundan öncə Toqoda da koronavirusa ilk yoluxma hadisəsi qeydə alınmışdı.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 95 ölkədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxmuş insanların ümumi sayı 98 192 nəfərdir.