Futbol üzrə Avropa çempionatı gələn il keçiriləcək

2020-ci il futbol üzrə Avropa çempionatının 2021-ci ilin yayında keçirilməsi haqqında qərar verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyası məlumat yayıb.

Koronavirus pandemiyası ilə əlaqədar Avropa çempionatının oyunlarının 2021-ci ilin 11 iyun-11 iyul tarixlərində keçiriləcəyi bildirilib.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatı bu il iyunun 12-dən iyulun 12-ə kimi Azərbaycan da daxil olmaqla, Danimarka, İngiltərə, Almaniya, Macarıstan, İtaliya, Niderland, İrlandiya, Rusiya, Rumıniya, Şotlandiya və İspaniyada keçiriləcəkdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR