Rusiya martın 23-dən bir çox ölkələrlə hava əlaqəsini dayandırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyə, Yaponiya, Vyetnam və Tailandla uçuşlar məhdudlaşdırılır. Buna səbəb həmin ölkələrdə yeni koronavirus (COVİD-19) infeksiyasının yayılmasıdır.

Bununla belə, İstanbuı, Tokio, Hanoy və Banqkoka uşuşlar həyata keçiriləcək.

Sabah Rusiya Türkiyədən çarter reysləri təşkil eədərək öz vətəndaşlarının təxliyəsini aparacaq. Uçuşlar yalnız Moskvadan həyata keçirilə biləcək.

Milli.Az