Yaz-yay aylarının əsas naxış dəbi - FOTO/VİDEO

Yaz-yay aylarının əsas naxış dəbi - FOTO/VİDEO
15:43 24 Mart 2020
Ölkə mətbuatı
A- A+

Video əlavə edilib.

Qarşıdakı yaz və yay ayları cansıxıcı olmayacaq: gələn mövsümün əsas tendensiyalarının siyahısına monoxrom, ümumi-bej və parlaq rənglərə əlavə olaraq, müxtəlif naxışlar daxil ediləcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunlardan ən maraqlıları arasında üzərində dağılmış xlor effekti olan parçalar, tropik bitkilər, cəngəlliyin flora və faunasının digər atributları var. Yeni mövsüm kolleksiyalarında heyvan printləri də gözə dəyəcək.

Dama-dama naxışlar gündəlik qarderob, xüsusən də ofis üçün uyğundur. Ağ qara klassikadan retro ruhlu pastellərə qədər ən müxtəlif rənglər və ölçülər dəbdə olacaq.

Retrodan danışmışkən, 1970-ci illərə aid həndəsi naxışlar və cəsarətli birləşmələr lüks markaların kolleksiyalarında üstünlük təşkil edirdi, odur ki, bu dəbi qəbul etməmək günahdır. Romantikanı sevənlərə isə gül-çiçək naxışlarının müxtəlif versiyaları təklif olunur.

Aytən,

Video: Sevinc Xanqızı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/304212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR